NHL tarixi rekordun astanasındadır
“Vaşinqton Kapitals” klubunun kapitanı Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün “Boston”la səfər oyununda qol vurub.
TodayPress xəbər verir ki, artıq Oveçkini Ueyn Qretskinin (894) rekordundan cəmi 3 qol ayırır.
Cari mövsüm rusiyalı forvard 58 matçda 38 qol vurub və 27 məhsuldar ötürmə edib. Aleksandr Oveçkin ümumilikdə NHL-də 1484 oyuna çıxıb, 891 qol vurub və 724 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Bostonun “TD Garden” arenasında keçirilən “Boston” – “Vaşinqton Kapitals” oyunu qonaq komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: NHL,Hokkey,Aleksandr Oveçkin,Rekord,Todaypress.az,