NHL-in bombardiri vəfat etdi

İdman

29.06.2024 15:09

Rusiyalı keçmiş xokkeyçi Sergey Berezin 52 yaşında vəfat edib. Hücumçu milli komandanı 4 dünya çempionatında və 1994-cü ildə Lillehammer Qış Olimpiya Oyunlarında təmsil edib. Xokkeyçinin ölümünün səbəbi barədə məlumat verilmir.

TodayPress xəbər verir ki, Sergey Berezin NHL-də 500-dən çox oyun keçirib. Onun ən məhsuldar illəri "Toronto Meypl Lifs" komandasındakı fəaliyyət dövrünə təsadüf edib. 

Toronto təmsilçisindəki ilk mövsümündə 25 dəfə fərqlənən Berezin yeni başlayanlar arasında ən çox qol vuran oyunçu olub. İki ildən sonra Sergey 37 qol və 59 xalla şəxsi rekorda imza atıb. Xokkeyçi ümumilikdə NHL dönəmində 160 qol vurub və 286 xal toplayıb. 

Sergey NHL karyerası ərzində "Toronto Meypl Lifs"lə yanaşı, "Fikils", "Monreal", "Çikaqo" və "Vaşinqton" klublarının da formasını geyinib. 2003-cü ildə Rusiyaya qayıdan Berezin OMİK klubunda çalışıb. 

Namiq HUN

tag: NHL, Sergey Berezin, Toronto, Çempionat, Vəfat, todaypress.az,