NHL hücumçusu avtomobil qəzasına düşdü

İdman

13.01.2025 12:53

Milli Hokkey Liqasının (NHL) “Pittsburq” klubunun hücumçusu Maykl Bantinq avtomobil qəzasına düşüb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, qəza komandanın ev oyunlarını keçirdiyi arenanın yaxınlığında baş verib. 

Hokkeyçinin durumu yaxşı olsa da, “Tampa Bey”lə çempionat matçını buraxıb.

Qeyd edək ki, Maykl Bantinq cari mövsüm meydana çıxdığı 43 oyunda 25 xal toplayıb.

Namiq HUN

tag: Hokkey, Klub, Komandan ,Qəza ,todaypress.az,