NFL-in final matçı izlənmə rekordu qırdı
ABŞ Milli Futbol Liqasının (NFL) “Superboul-2025” final matçı tarixin ən çox baxılan yarışı olub.
TodayPress “Fox”a istinadən xəbər verir ki, “Filadelfiya İqlz” və “Kanzas-Siti Çifs” klubları arasında keçirilən qarşılaşma 126 milyonluq auditoriya ilə izlənmə rekordu qırıb.
Filadelfiya təmsilçisi 40:22 hesablı qələbə ilə tarixinin ikinci Superboul titulunu qazanıb.
Qeyd edək ki, Superboul Milli Futbol Liqasının (NFL) final oyunudur. Turnirin ən titullu komandaları kuboka 6 dəfə sahib çıxan “Pittsburq Stilerz” və “Nyu-İnqlend Petriots”dur.
Namiq HUN
tag: ABŞ,NFL,İdman, “Superboul-2025” ,todaypress.az,