Nəzrin Əhmədli Gimnaziadanın qalibi oldu
Azərbaycanın güləşçi qızlardan ibarət yığma komandası Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında 3 medal qazanıb.
TodayPress xəbər verir ki, güləşçilər komandamızın aktivinə Manama turnirinin bir dəst medalını yazdırıblar.
Nəzrin Əhmədli (43 kq) İdman Oyunlarının qızıl medalına sahib çıxıb. Esra Məmmədli (57 kq) turnirin gümüş, Fatimə Bayramova (53 kq) isə bürünc medalı ilə kifayətlənib.
Namiq HUN
tag: Manama,Qızıl Medal, Esra Məmmədli, Nəzrin Əhmədli, todaypress.az,