Nəzəriani UWW-nin təlimatçısı seçildi
İdman
22.11.2024 15:25
Çimərlik güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib.
TodayPress xəbər verir ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.
Qeyd edək ki, gələn il ilk belə tədbir 23-26 yanvar tarixlərində Serbiyada təşkil olunacaq.
Namiq HUN
tag: Azərbaycan, Güləş, Dünya, Serbiya,Oyan Nəzəriani,Baş Məşqçi, todaypress.az,