Neymarın “Santos” klubu ilə anlaşdığı bildirildi
İdman
18.11.2024 13:14
“Əl-Hilal” klubunun hücumçusu Neymar karyerasını Braziliyada davam etdirə bilər.
TodayPress jurnalist Luis Merloya istinadən xəbər verir ki, braziliyalı futbolçu artıq “Santos” klubu ilə anlaşıb.
Hazırda 32 yaşlı futbolçunun nümayəndələri Səudiyyə təmsilçisi ilə əməkdaşlığı başa çatdırmaq üçün çalışırlar.
Neymarın transferinin bu mövsüm “Santos”un çıxış etdiyi B seriyası bitdikdən sonra rəsmən açıqlanmasının planlaşdırıldığı iddia edilir. Vaxtından əvvəl yüksək diviziona yüksələn klubun “sambaçı”nın keçidini 25 noyabrda elan edəcəyi bildirilib.
Namiq HUN
tag: Əl-Hilal, Neymar, Hücumçu, Braziliya, Santos, todaypress.az,