Neymarın durumuna aydınlıq gəldi

İdman

19.04.2025 11:52

9

“Santos” klubu Braziliya çempionatının IV turunun “Atletiko Mineyro” ilə oyununda (2:0) zədələnən hücumçusu Neymarın səhhəti ilə bağlı məlumat paylaşıb.   

TodayPress xəbər verir ki, klub meydanı göz yaşları içində tərk edən 33 yaşlı futbolçunun yeni zədələrdən qaçmaq üçün əzələləri gücləndirmək üzərində işləyəcəyini bildirib: 

“Zədəsini sağaldan Neymar əzələ kütləsi toplamaq üçün məşqlərdən sonra meydana qayıtsa da, “Atletiko Mineiro” görüşdə sol budunda yenə narahatlıq hiss etdi. Futbolçunun müayinəsi nəticəsində yeni zədə bu dəfə yarımmembran əzələdə üzə çıxıb. Neymarın müalicəsinə başlanılacaq və o, yeni zədələrdən qaçmaq üçün əzələləri gücləndirmək üzərində işləyəcək”.   

Namiq HUN

tag: Neymar,Santos,Zədə,Futbol,Todaypress.az,