Neymarın 2 variantı var

İdman

17.03.2025 17:00

871

“Santos” klubunun cinah oyunçusu Neymar Avropaya qayıtmağın yollarını nəzərdən keçirir.   

TodayPress xəbər verir ki, braziliyalı vinger “Barselona”nın formasını geyinməkdə israrlıdır.   

Kataloniya təmsilçisi hələ Neymarla bağlı yekun qərar verməyib.

İspaniya nəhəngi hətta onun transferindən imtina edə bilər. 

Belə olan halda Neymar Premyer Liqa planına üstünlük verəcək. “Çelsi” və “Mançester Yunayted” klubları onu transfer etməyə hazırdır. 

Qeyd edək ki, futbolçu qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə yollarını ayıraraq, yetirməsi olduğu “Santos”la müqavilə bağlayıb.   

Namiq HUN

tag: Neymar,Santos,Barselona,Çelsi,Mançester Yunayted,Todaypress.az,