Neymar yenidən Messi ilə eyni komandada oynaya bilər
Braziliya millisinin üzvü və "Əl-Hilal"ın oyunçusu Neymar ABŞ-a transfer olunmağı planlaşdırır.
TodayPress xəbər verir ki, ona "İnter Mayami" klubu maraq göstərir. Neymarın özü də "Barselona"da olduğu kimi Lionel Messi və Luis Suareslə birgə oynamaq arzusundadır.
Bu məqsədlə Neymar "Əl-Hilal"ı tərk etmək istəyir. Hazırda meneceri Səudiyyə Ərəbistanı klubu ilə bu mövzuda danışıqlar aparır.
Əgər "Əl-Hilal" onun ayrılmasına icazə versə, Neymarın qışda "İnter Mayami"yə transferi mümkün olacaq.
tag: Braziliya, Əl-Hilal, ABŞ, Messi, İnter Mayami, todaypress.az,