Neymar yenə zədələndi
İdman
05.11.2024 10:59
Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun futbolçusu Neymar yenidən zədələnib.
TodayPress xəbər verir ki, braziliyalı hücumçu Asiya Çempionlar Liqasında “İstiqlal”la matçda (3:0) əzələsini dartıb.
Qeyd edək ki, Neymar ötən ilin noyabrında Braziliya millisində aldığı zədə səbəbindən bir il futboldan uzaq qalmışdı. O, ötən ayın sonlarında zədəsini tam bərpa etmişdi.
Namiq HUN
tag: Əl Hilal, Səudiyyə Ərəbistan, Liqa, Braziliya, Neymar, todaypress.az,