Neymar Yaxın Şərqi tərk edəcək
İdman
01.10.2024 18:40
Neymar “Əl-Hilal” futbol klubu ilə müqaviləni yeniləməyəcək.
TodayPress xəbər verir ki, 32 yaşlı braziliyalı hücumçu 2023-cü ilin yayında 90 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisinə keçib.
Futbolçunun klubla müqaviləsi 2 illikdir və 2024/2025 mövsümünün sonunda başa çatacaq.
Neymar yeni çağırış axtarışında Yaxın Şərqi tərk etməyə hazırlaşır.
Futbolçunun "Əl-Hilal"dakı dövrünü fəlakət kimi qələmə vermək olar. Cinah oyunçusu kluba qatıldıqdan sonra cəmi 5 oyuna çıxa bilib.
Qeyd edək ki, yayda “Əl-Hilal”ı tərk etməyi planlaşdıran cənubi amerikalı 2013-cü ildə tərk etdiyi doğma “Santos” klubuna qayıdacaq.
Namiq HUN
tag: Neymar ,Neymar Səudiyyə, Asiya ,Çempionlar Liqası,Santos,todaypress.az,