Neymar xüsusi testdən keçəcək

İdman

15.10.2024 13:23

“Əl-Hilal” klubunun hücumçusu Neymar yenidən meydana qayıdır. 

TodayPress ESPN-ə istinadən xəbər verir ki, hücumçunun oktyabrın 21-də Asiya Çempionlar Liqası çərçivəsində “Əl-Əyn”lə oyunda heyətdə yer alacağı ehtimal edilir. 

Qeyd edək ki, Neymarın fiziki vəziyyətini qiymətləndirmək üçün Braziliya millisinin həkimi Səudiyyə Ərəbistanına gələcək. Testin nəticələri müsbət olarsa, o, noyabrda keçiriləcək 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün milli komandaya dəvət alacaq.

Xatırladaq ki, braziliyalı forvard zədə səbəbindən 2023-cü ilin oktyabr ayından futbol oynamır. 

Namiq HUN

tag: Əl-Hilal, Neymar, Hücumçu ,Əl-Əyn ,Dünya Çempionat, todaypress.az,