Neymar millidən kənarda qaldı
“Santos” klubunun 33 yaşlı futbolçusu yenə Braziliya yığmasının formasını geyinə bilməyəcək.
TodayPress xəbər verir ki, hücumçu milli komandanın həkimlərinin qərarı ilə heyətdən çıxarılıb.
Neymar özü də yığmadan çıxarılmasına münasibət bildirib:
“Yığmaya dönmək istəyirəm. Risk etməmək və daha yaxşı hazırlaşmağa qərar verdik. Bu zədədən tamamilə qurtulmağın bir hissəsidir”.
Qeyd edək ki, Brazliya yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 21-də Kolumbiya, 5 gün sonra isə Argentina millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Neymar,Braziliya,Klub,Futbol,Todaypress.az,