Neymar: “Mbappe ilə birlikdə oynamaq dözülməzdir”

İdman

16.09.2024 09:28

Neymar Real Madridin braziliyalılarına Mbappe ilə oynamağın cəhənnəm və fəlakət olacağını söyləyib.

TodayPress "French Football News"a istinadən xəbər verir ki, "kral klubu”ndakı braziliyalı futbolçular Neymarla dostdurlar. 

Hücumçu “Real”ın sambaçıları ilə PSJ-də Kilian Mbappe ilə ünsiyyət təcrübəsini bölüşüb. Neymar Mbappe ilə birgə oynamağın onlar üçün fəlakət və cəhənnəm olacağını deyib.

Xatırladaq ki, Neymar və Mbappe 2017-2023-cü illərdə PSJ-də çıxış ediblər. Bundan sonra braziliyalı “Əl-Hilal”a keçib. Mbappe isə 2024-cü ilin yayında PSJ-dən ayrılaraq “Real Madrid” klubu ilə müqavilə imzalayıb.

Bu mövsüm Kilian Mbappe "Real"ın heyətində bütün yarışlarda 6 oyun keçirib və 4 qol vurub.

Namiq HUN

tag: Neymar, Real ,PSJ, Kilian Mbappe, Əl-Hilal, todaypress.az,