Neymar karyerasını MLS-də davam etdirə bilər
İdman
27.10.2024 03:02
Braziliyalı hücumçu Neymar karyerasını Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər.
TodayPress “O Dia”ya istinadən xəbər verir ki, “Barselona” və PSJ-dəki çıxışı ilə tanınan futbolçu ilə “İnter Mayami” klubu maraqlanır.
Neymar burada “Barselona”dakı keçmiş komanda yoldaşları ilə yenidən birləşə bilər.
Qeyd edək ki, Floridanı təmsil edən komandanın heyətində Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba yer alıb.
“İnter Mayami” Neymarı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsi başa çatdıqdan sonra transfer edə bilər. Forvard 2025-ci ilin yayında MLS klubuna keçmək istəsə, maaşında endirim etməli olacaq.
Namiq HUN
tag: Neymar, Əl-Hilal, Florida, Messi, İnter, todaypress.az,