Neymar karyerası ilə bağlı qərar verdi

İdman

08.11.2024 16:40

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.

TodayPress "Goal"a istinadən xəbər verir ki, forvard Braziliyanın "Santos" klubuna keçməyə razılaşıb.

32 yaşlı futbolçu yanvar ayında “Əl-Hilal”la müqaviləni ləğv etmək istəyir. 

Uzun müddət zədədən əziyyət çəkən Neymar cari mövsümdə klubun heyətində cəmi iki matçda iştirak edib və heç bir məhsuldarlıqla yadda qalmayıb. 

Qeyd edək ki, Neymar “Əl-Hilal”a 2023-cü ilin avqustunda keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. 

"Transfermarkt" portalı, hücumçunu 30 milyon avro dəyərində qiymətləndirir.

Namiq HUN

tag: Neymar, Əl-Hilal, Klub, Transfermarkt, Hücumçu,