Neymar “Əl-Hilal”la məşqə çıxmadı

İdman

03.01.2025 10:26

Neymar yenə meydandan kənarda qalıb. 

TodayPress xəbər verir ki, buna “Əl-Hilal” klubunun hücumçusunun sağlamlığındakı problemlər səbəb olub.

Braziliyalı futbolçu qarın nahiyəsindəki ağrılara görə komanda ilə məşqi buraxmaq məcburiyyətində qalıb. 

Xatırladaq ki, Neymar bunadək 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. 

O, cari mövsümdə “Əl-Hilal”ın heyətində cəmi 2 oyuna çıxıb. 

Namiq HUN

tag: Neymar ,Məşq, Əl-Hilal ,sağlamlıq, todaypress.az,