Neymar “Əl Hilal”dan 65 milyon dollar tələb etdi
İdman
22.01.2025 10:23
Braziliyalı futbolçu Neymar “Əl Hilal”la yollarını ayırmaq istəyir.
TodayPress “Globo” nəşrinə istinadən xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləni ləğv etmək və “Santos”a keçmək istəyir.
Neymar “Əl Hilal”dan təzminat olaraq 65 milyon dollar tələb edir.
Qeyd edək ki, braziliyalı vinger 2023-cü ilin avqust ayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçib.
Namiq HUN
tag: Əl Hilal,Neymar,Təmsilçi,PSJ,Todaypress.az,