Neymar “Əl-Hilal”a jest etdi
İdman
27.01.2025 14:48
Neymar Braziliyanın “Santos” klubuna qayıtmaq üçün maliyyə güzəştlərinə getməyə razıdır.
TodayPress “Footmercato”ya istinadən xəbər verir ki, vinger danışıqları sürətləndirmək üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda maaşının əhəmiyyətli hissəsindən imtina etməyə hazırdır.
32 yaşlı futbolçunun qışda Braziliya klubuna keçəcəyi gözlənilir.
Hazırda həm futbolçunun icarəyə verilməsi, həm də “Əl-Hilal” klubu ilə yayda başa çatacaq müqavilənin ləğvi də nəzərdən keçirilir. Xatırladaq ki, cinah hücumçusu 2013-cü ilə qədər “Santos”da çıxış edib.
Namiq HUN
tag: Neymar,Santos,Klub,Əl-Hilal,Todaypress.az,