Neymar Braziliyada ada almaq niyyətindədir
İdman
07.10.2024 15:10
"Əl-Hilal" klubunun hücumçusu Neymar İlya-dus-Capao adasını almaq istəyir.
TodayPress xəbər verir ki, bu barədə Portal Leo Dias məlumat yayıb.
Ada Rio-de-Janeyro əyalətinin bir hissəsi olan Anqra-dus-Reys bələdiyyəsində yerləşir.
Adanın sahəsi 2,5 hektardır. Bura yalnız helikopter və ya qayıqla çatmaq olar. Beş yataq və yeddi vanna otağı olan yaşayış sahəsi 10 nəfərə qədər qonaq qəbul edə bilər.
Mülk ilkin olaraq 74 milyon real (təxminən 12,35 milyon avro) dəyərində qiymətləndirilib. Amma sahibi əmlakı satmağa tələsdiyi üçün qiymət aşağı düşüb və bu, tələbatın artmasına səbəb olub.
Ada ilə maraqlanan digər futbolçularla müqayisədə Neymar müqavilə bağlamağa daha yaxındır.
Braziliyalı top sehrbazı Şeyx Məhəmməd Binhatti ilə birlikdə test üçün adanı oktyabrın 9-dan - 12-dək icarəyə götürüb.
Namiq HUN
tag: Ada, Braziliya ,Neymar ,Şeyx Məhəmməd, İlya-Dus-Capao ,Əl-Hilal ,todaypress.az,