Neymar Braziliya millisindən kənarda qaldı
İdman
31.10.2024 14:50
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 2025-ci ilə qədər Braziliya millisində yer almayacaq.
TodayPress "RMC Sport"a istinadən xəbər verir ki, yerli federasiya dizindən aldığı zədəni 1 il sonra çətinliklə sağaldan futbolçunun sağlamlığını riskə atmamaq qərarına gəlib.
Neymar 2025-ci ilin martında Kolumbiya, daha sonra isə Argentina ilə qarşılaşmalarda milli komandanın formasını yenidən geyinə biləcək.
Namiq HUN
tag: Səudiyyə Ərəbistan, Neymar, Argentina, Kolumbiya, todaypress.az,