Neymar “Barselona”ya qayıdır?
“Santos” klubunun hücumçusu Neymar “Barselona”ya qayıtmaq üçün aşağı maaşa belə razırdır.
TodayPress xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisinin maliyyə məhdudiyyətlərini nəzərə alaraq bu addımı atıb.
Qeyd edək ki, belə olacağı təqdirdə Neymarın transferinin reallaşma ehtimalı xeyli artacaq.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.
Ötən müddət ərzində o, bütün turnirlərdə 186 matçda top qovub.
Forvardın aktivində 105 qol və 76 məhsuldar ötürmə var.
Namiq HUN
tag: Neymar,Barselona,Santos,Klub,Todaypress.az,