Neymar Asiyanı Amerikaya dəyişir?
İdman
07.06.2024 21:52
"İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi əvvəllər “Barselona”da birgə çıxış etdiyi Neymardan danışıb.
TodayPress xəbər verir ki, o, “Əl-Hilal”ın braziliyalı hücumçusunun Amerika klubuna ehtimal olunan keçidinə münasibət bildirib.
“O, Səudiyyə Ərəbistanındadır. Müqaviləsinin bitməsinə bir il qalıb. Çətin mövsüm keçirdi. Uzun müddət zədəli olnması, onun Amerika Kubokunda iştirakına mane oldu. Neymar Səudiyyə Ərəbistanındakı oyunların çoxunu keçirə bilməyib. Ona görə də indi çətindir. Gələcəkdə necə olacağını bilmirəm. Hər şey ola bilər, amma bu gün bunun mümkün olduğunu düşünmürəm. Mən ona zəng etdim? Xeyr, amma biz tez-tez danışırıq, hətta ikimiz və Luis Suaresin də olduğu bir qrupumuz var” Messi deyib.
Namiq HUN
tag: İnter Mayami, Barselona, Amerika,Neymar, todaypress.az,