Neymar 1 ildən sonra yaşıl meydanlara qayıtdı

İdman

21.10.2024 23:50

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.

TodayPress xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Əyn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində meydana daxil olub.

Qarşılaşma "Əl-Hilal" komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.

tag: Futbol, İdman, Neymar, Braziliya, todaypress.az,