Nesta “Montsa” klubuna qayıtdı

İdman

10.02.2025 18:30

1065

Alessandro Nesta yeddi həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi “Montsa”nın baş məşqçisi vəzifəsinə qayıdıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis baş məşqçi postunda Salvatore Bokkettini əvəzləyib.

Xatırladaq ki, Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. “Montsa” onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib və 9 görüşdə uduzub.

Montsa təmsilçisi 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Namiq HUN

tag: Alessandro Nesta,Montsa,Salvatore Bokketti,İdman,todaypress.az,