Nəriman Axundzadə ilin ən yaxşı futbolçuları siyahısına daxil edildi

İdman

24.12.2024 12:58

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və “Qarabağ” futbol klubunun hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edib.

TodayPress xəbər verir ki, bu barədə CIES-in təqvim ili üçün hazırladığı hesabatda bildirilib.

Qurum bununla bağlı 64 liqada araşdırma aparıb.

Nəriman Axundzadə sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan futbolçulardan hesab olunur. Hazırda 20 yaşı olan forvard bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb.

İlk sırada Türkiyə yığmasının və “Real Madrid” klubunun futbolçusu Arda Güler yer alıb. Onun əmsalı 81.4-dür.

Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Premyer Liqada 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində isə 2 assistlə yadda qalıb.

Namiq HUN

tag: Qarabağ, Futbol, Nəriman, Klub, todaypress.az,