Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazandı

İdman

12.01.2025 11:15

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb.

TodayPress xəbər verir ki, o, yanvarın 7-dən 12-dək Bolqarıstanda keçirilən “Sofia Trophy” yarışında uğurla çıxış edib.

Təmsilçimiz qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172.80 xalla beşinci yerə çıxıb.

Bununla da Nərgiz Süleymanova dünya çempionatında iştirak etmək hüququ qazanıb.

tag: Azərbaycan,Fiqurlu konki,Nərgiz Süleymanova,Dünya çempionatı,todaypress.az,