Nərgiz Səmədova bürünc medal qazandı

İdman

06.09.2024 00:31

2696

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

TodayPress xəbər verir ki, qadın güləşində ilk medalçılar müəyyənləşib.

Nərgiz Səmədova (55 kq) bürünc medal uğrunda görüşdə yaponiyalı Karina Honda ilə qarşılaşıb. Rəqib 7:0 hesabıyla önə çıxsa da, güləşçimiz əsl əzmkarlıq nümayiş etdirib. İlk hissənin sonlarında gözəl 4 xallıq fənd işlədən Səmədova fasilədən sonra da eyni fəndi uğurla tətbiq edib və “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

Namiq HUN

tag: İdman, İspaniya, Nərgiz Səmədova,U-20,todaypress.az,