Nelson İspaniya klubuna keçə bilər
“Qalatasaray” klubunun futbolçusu Viktor Nelson karyerasını İspaniyada davam etdirə bilər.
TodayPress, “Todofichajes”ə istinadən xəbər verir ki, “Betis” müdafiəçini satın almaq şərti ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, 2021-ci ildən “Qalatasaray”da çıxış edən 26 yaşlı Nelson iki dəfə Türkiyə Superliqasının qalibi olub.
Namiq HUN
tag: Qalatasaray,Klub,Futbol,Viktor Nelson,İspaniya,Betis,todaypress.az,