“Neftçi”nin futbolçusu milli komandaya dəvət aldı
“Neftçi”nin
futbolçusu Ervin Kuç Monteneqro milli komandasına dəvət alıb.
TodayPress xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi martın 22-də Cəbəllütariq,
25-də isə Farer adaları yığması ilə dünya çempionatının seçmə mərhələsi
çərçivəsində keçiriləcək oyunlara çağırılıb.
Qeyd edək ki, Kuç
Monteneqro millisində 11 oyunda meydana çıxıb, 3 qol vurub.
tag: Futbol, Neftçi, Ervin Kuç, Montenoqro, Çempionat, todaypress.az,