“Neftçi”nin Çempionlar Liqası sınağı

İdman

05.07.2024 16:40

2853

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 1-ci mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin turnirdəki rəqibi bəlli olub.

Çempionlar yolunun 2-ci qrupunda yer alan “ağ-qaralar” sentyabrın 4-də yarımfinal mərhələsində “Sent Polten” (Avstriya) klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) klubları  qarşılaşacaq. 

Sentyabrın 7-də yarımfinal mərhələsinin qalibləri 2-ci raundda mübarizəni davam etdirəcək komandanı müəyyən edəcəklər. İlk oyun gününün məğlubları isə 3-cü yerin sahibinin adına aydınlıq gətirəcəklər. 

Namiq HUN

tag: Neftçi, Çempionlar, Azərbaycan, Turnir, UEFA, todaypress.az,