“Neftçi”də şok ayrılıq gözlənilir

İdman

09.04.2025 15:45

6

“Neftçi” futbol klubuna sürpriz transfer təklifi edilib.     

TodayPress xəbər verir ki, Rza Cəfərov bakılıların düşərgəsini tərk edə bilər. 

“Ağ-qaralar” qapıçıya görə rəsmi təklif alıblar.

Onu sıralarına qatmaq istəyən komanda Avropa təmsilçisidir. 

21 yaşlı qapıçı Polşanın “Rakuv” klubunun maraq dairəsindədir.

Ekstraklasa təmsilçisi futbolçunu yay transferində almaq istəyir. 

“Neftçi“ bu transferə razılıq versə, böyük miqdarda təzminat alacaq. 

Bildirilir ki, rəhbərlik gənc qolkiperin satışını geri çevirməyib.

Rza da karyerasını ölkə xaricində davam etdirməyə həvəslidir.

(Sportinfo.az)   

Namiq HUN

tag: Neftçi,Futbol,Klub,Transfer,Todaypress.az,