“Neftçi”də Roman Qriqorçuk dövrü başladı

İdman

26.06.2024 17:42

“Neftçi” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. 

TodayPress xəbər verir ki, flaqman baş məşqçi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuku təyin edib. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qriqorçuk daha əvvəl Azərbaycanda “Qəbələ” (2015-2018) klubunda çalışıb. Onun Qəbələ təmsilçisindəki 3,5 mövsümlük fəaliyyət dövrü uğurlu olub. “Qırmızı-qaralar” bu müddət ərzində Premyer Liqanın bürünc və gümüş medallarını qazanıb, Azərbaycan kuboku turnirinin isə finalçısı olub. “Qəbələ”məhz ukraynalı məşqçinin fəaliyyəti dövründə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb. Komanda bir il sonra bir daha bu uğuru təkrarlayıb.

Qeyd edək ki, Roman Qriqorçuk karyerası ərzində Latviyada “Dinaburq”, “Ventspils”, Ukraynada “Metallurq”, “Çernomorets”, Qazaxıstanda “Astana”, Belarusda isə “Şaxtyor” klubunun uğurları üçün çalışıb.

Namiq HUN

tag: Neftçi, Roman,Azərbaycan, Qəbələ, Kubok, todaypress.az,