"Neftçi" yaponiyalı futbolçunun transferini açıqladı

İdman

14.01.2025 22:21

"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın "Sanfreççe" klubunun akademiyasında başlayıb.

Sonuncu klubu "Transinvest"in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.

tag: Neftçi, Yaponiya, Futbolçu, Litva, Ohorini, todaypress.az,