“Neftçi” üstünlüyünü qoruya bilmədi

İdman

08.11.2024 17:20

Futbol üzrə Azərbaycan çempionatında XIII tur start götürüb. 

TodayPress xəbər verir ki, turun ilk günündə bir matç keçirilib. “Neftçi” Bakıda “Şamaxı”nı qəbul edib. 

Məhsuldar keçən “Neftçi Arena” qarşılaşmasında bütün qollar ilk yarıda vurulub. “Ağ-qaralar” ilk 3 dəqiqə ərzində rəqibin qapısından 2 top keçiriblər. Rəvan Həmzəzadənin start fitindən sonra Dembo Darbo qonağları mərkəzə dəvət edib. 3-cü dəqiqənin tamamında isə Murad Məmmədov hesabdakı fərqi iki topa yüksəldib 2:0. 

Amma “Neftçi” üstünlüyünü qoruya bilməyib. 

“Şamaxı”nın heyətində 29-cu dəqiqədə Brahim Konate fərqi azaldıb 2:1. Birinci hissənin sonlarına yaxın isə Leroy Mikels qonağların bərabərlik qolunu vurub.  

Hesaba tarazlıq gətirən bölgə təmsilçisi “Neftçi Arena”dan bir xalla ayrılıb 2:2.

Namiq HUN

tag: Neftçi,Şamaxı,Leroy Mikels,Neftçi Arena, Azərbaycan,todaypress.az,