“Neftçi” təslim oldu

İdman

29.04.2025 12:10

4

“Neftçi” futbol klubu avrokuboklara vəsiqə şansını rəsmən itirib.   

TodayPress xəbər verir ki, Premyer Liqanın XXXII turunun nəticəsi “ağ-qaralar”ı bəxtəvər kvartetə düşmək şansından məhrum edib.   

Sumqayıtda eyniadlı komanda ilə (2:2) xal bölgüsündən sonra hazırda çempionatın 6-cısı olan “Neftçi”nin radarından 4-cü yer silinib. 49 xala malik “Turan Tovuz”dan 13 xal geri qalan paytaxt təmsilçisinin şansı qalmayıb. 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” kuboku qazansa, Premyer Liqada ilk dördlüyü təşkil edən komanda UEFA Konfrans Liqasına yollanacaq. 

Namiq HUN

tag: Neftçi,Futbol,Klub,Komanda,Todaypress.az,