"Neftçi" səfərdə "Zirə"yə qalib gəldi
Misli Premyer Liqasının XXII turunda
"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib.
TodayPress-in məlumatına görə, Zirə İdman Kompleksinin
stadionunda baş tutan oyunda "ağ-qaralar" 2:1 hesablı qələbəyə
sevinib.
Hesabı 88-ci dəqiqədə qonaqlar açıb. Emin Mahmudov rəqib
torunu silkələyib. Meydan sahibləri 90+1-ci dəqiqədə bərabərlik qolunu vurub.
Ruan Renato adını tabloya yazdırıb. Bununa belə, 90+3-cü dəqiqədə fərqlənən
Ervin Koffi "Neftçi"nin qələbəsində əsas pay sahibi olub.
"Qartallar" 39 xalla üçüncü sırada yer alıb.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv isə xallarının sayını 24-ə
yüksəltməkdə bir pillə irəliləyib və altıncı sıraya yüksəlib.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında
"Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə
"Turan Tovuz"u (2:1) məğlub edib. "Araz-Naxçıvan" -
"Kəpəz" matçında isə hesab açılmayıb. Tura noyabrın 11-də keçiriləcək
"Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.
tag: Zirə, Neftçi,Liqa, Naxçıvan, Futbol, Emin Mahmudvov, todaypress.az,