“Neftçi” səfərdə “Kəpəz”ə məğlub oldu
"Neftçi" səfərdə "Kəpəz"in qonağı olub.
TodayPress xəbər verir ki, bağlanış oyununda Tovuz şəhər stadionunda reallaşan görüşdə
Gəncə təmsilçisi rəqibini minimal hesabla məğlub edib. Yeganə qolu 50-ci
dəqiqədə Şervoni Mabatşoyev vurub.
Bu nəticədən
sonra xallarını 22-yə çatdıran Qərb təmsilçisi 9-cu pillədə qərarlaşıb.
“Kəpəz”in turnir cədvəlindəki mövqeyi dəyişməsə də, komanda 8-ci yerdəki
“Sumqayıt”la xallarının sayını bərabərləşdirib. “Neftçi” isə 27 xalla 6-cı
sırada qalıb.
Qeyd edək ki,
turun əvvəlki görüşlərində "Qarabağ" "Sumqayıt"ı,
"Şamaxı" "Səbail"i, "Zirə" "Turan
Tovuz"u 2:0 hesabı ilə məğlub edib. "Sabah" -
"Araz-Naxçıvan" matçı isə qollu heç-heçə ilə yekunlaşıb - 2:2.
tag: Kəpəz, Neftçi, Tovuz, Gəcə, Qarabağ, Şamaxı, todaypress.az,
