"Neftçi" "Şamaxı"nı məğlub etdi
İdman
31.01.2025 20:44
"Neftçi" Misli
Premyer Liqasında "Şamaxı"nı məğlub edib.
TodayPress-in məlumatına görə, Samir Abasovun baş
məşqçisi olduğu kollektiv XXI turda 1:0 hesabı ilə qalib gəlib.
45+4-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə
yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran Bakı
klubu 7-ci pillədə qərarlaşıb. Qonaqlar 17 xalla 8-ci sıradadır.
Günün ilk matçında "Kəpəz" "Sabah"ı
3:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
tag: Neftçi, Şamaxı, Liqa, Emin Mahmudov, Kəpəz, todaypress.az,