“Neftçi” Qriqorçukla yollarını ayırır?
İdman
07.10.2024 14:28
“Neftçi” futbol klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmağı planlaşdırır.
TodayPress Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib.
59 yaşlı mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.
Son qərarın klubdaxili iclasda veriləcəyi gözlənilir.
Qeyd edək ki, Roman Qriqorçuk mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
Namiq HUN
tag: Neftçi ,Ukrayna ,Xitam ,Roman Qriqorçuk ,Müqavilə ,todaypress.az,