"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi
İdman
16.09.2024 22:47
Azərbaycan Premyer Liqasının
VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun
yeri dəyişdirilib.
TodayPress Peşəkar Futbol Liqasının
(PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını
keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə
"ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə
müraciət edib.
“Qarabağ” klubunun rəsmi
razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu
ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma
sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq
tag: Qarabağ, Futbol, Neftçi, Azərsun Arena,todaypress.az,