"Neftçi" Premyer Liqada "Zirə"yə qalib gəldi
İdman
23.11.2024 20:57
"Neftçi" Misli Premyer Liqasının
XIV turunda qalib gəlib.
TodayPress-in məlumatına görə, paytaxt təmsilçisi
"Neftçi Arena"da baş tutan qarşılaşmada "Zirə" üzərində 2:1
hesablı qələbə qazanıb.
Hesabı meydan sahiblərindən 28-ci dəqiqədə Filip Ozobiç
açıb. İssa Cibrila 51-ci dəqiqədə "status-kvo"nu bərpa edib. 68-cı
dəqiqədə adını tabloya yazdıran Emil Səfərov isə "Neftçi"nin qələbə
qoluna imza atıb.
Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv
bu qələbə sayəsində xallarının sayını 13-ə çatdırıb. "Zirə"nin isə 20
xalı var.
tag: Neftçi, Arena, Zirə, Samir Abasov, Emil Səfərov, todaypress.az,