“Neftçi” Omid Nejat ilə anlaşdı

İdman

06.11.2024 15:45

“Neftçi” basketbol klubunun yeni baş məşqçisi məlum olub.

TodayPress xəbər verir ki, Bakı klubu iranlı Omid Movahed Nejat ilə razılıq əldə edib. 

Mütəxəssis mövsümün sonunadək “ağ-qaralar”a rəhbərlik edəcək. O, bu vəzifədə öz istəyi ilə komandadan ayrılan Anar Sarıyevi əvəzləyib.

Qeyd edək ki, Omid Nejat daha əvvəl də “Neftçi”də işləyib. 

O, 2022/23 mövsümünün ikinci yarısında komandaya başçılıq edib.

Namiq HUN

tag: Neftçi, Basketbol,Omid Nejat, Ağ Qaralar, Anar Sarıyev, todaypress.az,