“Neftçi” Lebonla yolları ayırdı
“Neftçi” futbol klubu Kilan Lebonla yolları ayırıb.
TodayPress paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, fransalı futbolçu 2023-cü ilin yanvarında “Neftçi”yə transfer olunub. Kilan Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib və 6 qol vurub.
Namiq HUN
tag: Neftçi, Fransa, Futbolçu ,Lebon, todaypress.az,