“Neftçi” kubokdan kənarlaşdırıldı - “Sabah” finalda
Futbol üzrə Azərbaycan kubokunda digər finalçı müəyyənləşib.
TodayPress xəbər verir ki, sonuncu finalçının adına “Sabah” - “Neftçi” matçından sonra aydınlıq gəlib.
İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn “Sabah” cavab matçında üstünlüyünü qorumağı bacarıb. Cavab qarşılaşması 1:1 hesabı ilə başa çatdığından Masazır təmsilçisi finala adlayıb.
“Sabah” finalda “Qarabağ”la qarşılaşacaq.
tag: Neftçi, Kubok, Sabah, Qarabağ, Final, todaypress.az,