"Neftçi" klubu antirekordunu təkrarladı
İdman
02.09.2024 12:18
“Neftçi” futbol klubu Premyer Liqanın ilk 5 turunda qələbə qazana bilməyib.
TodayPress xəbər verir ki, “ağ-qaralar” 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.
Roman Qriqorçukun yetirmələri “Turan Tovuz”, “Şamaxı”, “Səbail” və “Araz-Naxçıvan”la xal bölgüsünə razılaşıb. Paytaxt təmsilçisi təkcə “Sabah” a uduzub.
Qeyd edək ki, “Neftçi” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub.
İlk belə hadisə 2017- 2018 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb. O zaman 1 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb.
Namiq HUN
tag: Şamaxı, Turan Tovuz, Neftçi,Roman Qriqorçuk ,Premyer Liqa,todaypress.az,