“Neftçi” çətin sınaq qarşısında

İdman

23.04.2025 09:20

8

"Neftçi" futbol klubu Azərbaycan kuboku turnirinin cavab yarımfinal martçının hazırlığını başa vurub.

TodayPress xəbər verir ki, "ağ-qaralar" “Sabah”la oyuna itkilərlə çıxacaq.

“Neftçi”nin matçöncəsi son məşqində zədə səbəbindən Emil Səfərov, Rafael Quzzo, Ryonosuke Ohori və Robert Bauer iştirak etməyiblər. Hücumçu Bassala Sambu isə cəzalı olduğundan yarımfinal matçını buraxmalı olacaq.

“Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

Qeyd edək ki, ilk oyunda "Sabah" 2:1 hesablı qələbə qazanıb.

Namiq HUN

tag: Neftçi,Sabah,Kubok,Futbol,todaypress.az,