“Neftçi” Çempionlar Liqasında

İdman

10.05.2025 17:09

8

Qadın futbolçulardan ibarət “Neftçi” klubu Azərbaycanı Çempionlar Liqasının 2025/26 mövsümündə təmsil edəcək.   

TodayPress xəbər verir ki, Bakı klubu ardıcıl ikinci dəfə qitəmiqyaslı turnirdə top qovacaq. 

“Neftçi” bu hüququ AFFA Yüksək Qızlar Liqasının qalibi olmaqla qazanıb.   

“Ağ-qaralar” 13-cü turda çempionluğu təmin ediblər.

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri “Dirçəliş”ə (3:0) qalib gəlməklə titulu rəsmiləşdirib.   

Namiq HUN

tag: Neftçi,Qadınlar,Çempionlar Liqası,Klub,Todaypress.az,