“Neftçi” Camalovu itirdi

İdman

12.02.2025 10:59

2178

“Neftçi” klubunun əsas heyət üzvü olan Elvin Camalov “Qarabağ”la oyunu buraxacaq.

TodayPress xəbər verir ki, o, “Zirə” ilə səfər matçında əzələsini dartıb. 

“Ağ-qaralar”ın 30 yaşlı yarımmüdafiəçisi yalnız gələn həftə komanda ilə məşqlərə çıxacaq.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” matçı fevralın 16-da keçiriləcək.

Namiq HUN

tag: İdman,Futbol,Azərbaycan,Neftçi,todaypress.az,